Logo

Elçin Əfəndi İctimai Şura seçkilərini "SAXTA" adlandırdı

23.11.2021 21:43 557 baxış
IMG

"Təhsil Nazirliyi yanında İctimai Şuraya saxta seçkilər keçirildi. Bildiyiniz kimi əvvəlki üzvlərdən bir neçəsi yenə də "seçildi" və bütün günü doğruluqdan, insan haqlarından, saxtakarlıqdan dəm vuran bir neçə nəfər də saxtakarlıqla üzv oldu".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Ekspert sosial şəbəkə hesabında qeyd edib:

"Təhsilinizə yaraşırsınız.
Nə vaxtadək bu ölkədə məmuru, millət vəkili 5-6 vəzifə tutacaqsa, o vaxtadək də heç bir sahədə inkişaf olmayacaq. Ola bilər fikirlərim kimlərisə incidər, başadüşüləndir. Bir qurtum sərin su içə bilərsiniz. Xüsusi qeyd: Üzv "seçilən"lərin hər biri haqqında geniş məlumat verəcəm".

Xəbər lenti