Logo

BDU-da SABAH qrupları ilə bağlı görüş keçirilib

23.11.2021 22:33 62 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbərinin Tədris işləri üzrə müavini Eldar Qocayev, Tələbələrlə iş üzrə müavin Sevinc Əliyeva və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbərinin köməkçisi Leyla Hüseynova ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə həmçinin BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU SABAH mərkəzinin rəhbəri İradə Süleymanova iştirak edib.

Görüşdə 2021-2022-ci tədris ilində SABAH qruplarına qəbul olan tələbələrin mövcud vəziyyəti, pandemiya dövründə tədrisin təşkili, tələbələrin texniki-təchizat təminatı ilə bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı SABAH qruplarında növbəti semestr ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri olan BDU SABAH mərkəzi isə 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

Xəbər lenti