Logo

İsraildə 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyası başlandı

24.11.2021 09:38 91 baxış
IMG

İsraildə 5-11 yaş arası uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyası rəsmi olaraq başlayıb.

Bu günə qədər poliklinika və məktəb rəhbərliyi müvafiq yaşda olan 22 min uşağın peyvənd olunması üçün valideynlərindən sifariş alıb. 440 uşaq artıq peyvənd edilib.

İsrailin baş naziri Naftali Bennett oğlu Davidə də vaksin vurulacağı gözlənilir.

Qeyd edək ki, İsraildə pevəndləmə ABŞ-ın “Pfizer” şirkətinin dərmanı ilə aparılır.

Xəbər lenti