Logo

Təhsil naziri bu şəhərlərin sakinlərini qəbul edəcək - Foto

24.11.2021 09:44 913 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev 26 noyabr saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Tehsil.biz xəbər verir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
 
Qeyd olunan rayonların sakinləri 24 noyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) edərək videoqəbula yazıla bilərlər.

Xəbər lenti