Logo

AzMİU-nun nəzdində Təmiz Şəhər Mərkəzində maarifləndirici seminar keçirilib

24.11.2021 09:54 513 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələri üçün maarifləndirici seminar keçirilib. 

Tehsil.biz xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin  müdiri Səbuhi Babayev  tərəfindən keçirilən seminarın mövzusu “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” olub. “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” mövzusunda seminarda dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılıb,  gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Daha  sonra tələbələrə sənaye parklarının fəaliyyətini özündə əks etdirən video-çarxlar nümayiş olunub. 

Sonda mövzu ərtafında fikir mübadilələri aparılıb və tələbələrin sualları cavablandırılıb.

Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə ediblər.

Xəbər lenti