Logo

AzMİU-da BİM4 texnologiyaları barədə təlim keçirilib

24.11.2021 09:59 88 baxış
IMG

BİM4 Azərbaycan əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Tikinti sənayesində rəqəmsal transformasiya və BIM inteqrasiyası” giriş və texniki təqdimat mövzusunda seminar keçirib.

Tehsil.biz xəbər verir ki, Starteji planlaşdırma və Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn seminarda North West Construction şirkətinin nümayəndəsi Mehmet Eğilmezer, Nobel oilin nümayəndəsi Caner Üzün, Mustafa Şahingöz və Met Dizayn şirkətinin nümayəndəsi Kevser Duru Gölalmış  iştirak edib. Seminar  Memarlıq və İnşaat fakültələrinin tələbələri tərəfindən maraqla qarşılanıb. 

Universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva şirkət nümayəndələrini, tələbələri salamlayıb. İnformasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini qeyd edib. BİM texnologiyalardan istifadə, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün olan əhəmiyyətinə diqqət çəkib. Bugünki seminarın keçirilməsində əsas məqsədin BIM texnologiyalarının inşaat sektorunda tətbiqi, hal-hazırda BIM-in dünyada yeri, habelə Türkiyədə hansı miqyasda tətbiq olunması və Azərbaycanda bununla bağlı gələcək planlar barədə tələbələrə ətraflı məlumatların verilməsi olduğunu vurğulayıb. 

BIM4 Azərbaycan Şirkəti -Azərbaycan İnşaat Sektorunun Rəqəmsal Transformasiya Mərkəzi nümayəndəsi Mehmet Eğilmezer geniş və əhatəli çıxışında BİM və onun tikinti sahəsində olan rolundan danışıb. BİM-in binanın tikintisi, təchiz edilməsi, istismarının təmin edilməsi və təmirinə (obyektin həyat siklinin idarə edilməsinə) bir yanaşma olduğunu, ümumi inşaat prosesi zamanı bütün mühüm məlumatların 3D modelində saxlandığı, istifadə və idarə olunduğu kompleks bir həll olduğunu söyləyib. 

Sonra söz Mustafa Şahingözə verilib. M. Şahingöz Tikinti sənayesinin rəqəmsal transformasiyası haqda iştirakçılara geniş məlumat verib.

Daha sonra seminara Kevser Duru Gölalmış öz çıxışı ilə davam edim. BIM texnologiyasının inşaatda tətbiqinin daha az vaxt sərfi ilə yüksək nəticələrin alınmasına gətirib çıxardığını qeyd edib. BIM səviyyələri, tətbiq ölçüləri, LOD (Level of  Developed) və digər məqamlar haqda məlumat verib. BİM texnologiyaları əsasında inşaa olunan tikinti obyeklərinin rəqəmsal eskiz layihələri  iştirakçılara nümayiş olunub. 

Zoom platforması üzərindən BİM Türkiyə heyətinin nümayəndələri ilə video konfrans qurulub. Ertuğrul Aksoy və Büşra Öztürk  BIM-in Türkiyə miqyasında tətbiqindən danışıblar.  

Fəal diskussiya şəraitində keçən seminarın sonunda tələbələrin çoxsaylı sualları BIM4 Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti