Logo

Qəzada ölən Laləni yolun o tərəfində atası gözləyirmiş... - Foto

24.11.2021 11:56 693 baxış
IMG

Dünən axşam saatlarında Qazaxda yük maşınının vuraraq öldürdüyü 17 yaşlı qızın tələbə olduğu məlum olub.

Tehsil.biz xəbər verir ki, hadisə baş verən gün 2004-cü il təvəllüdlü Lalə Süleymanova atası ilə birlikdə onlara qonaq gələn qohumlarını qarşılamağa gedirmiş. Dərsdən çıxdıqdan sonra magistral yolun kənarına gələn Laləni yolun digər tərəfində atası gözləyib. Bu zaman yolu keçmək istəyən Laləni yüksək sürətlə gələn yük maşını vurub. Hadisə 17 yaşlı qızın atasının gözü qarşısında baş verib.

Lalə Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub. Orta məktəbin doqquzuncu sinfindən sonra təhsilini kollecdə davam etdirib. (Qafqazinfo)

Xəbər lenti