Logo

Qars Qafqaz Universitetinin professoru LDU-da olub

24.11.2021 15:46 738 baxış
IMG

Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin professoru Dr. Cihan Kaçarın başçılıq etdiyi nümayəndə heyəti  Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.

Hörmətli qonaqları LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib və onlara  rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə tədrisin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, görülən işlər barədə ətraflı  məlumat verib. 

Qarşılıqlı disskussiya şəraitində keçən görüşdə  LDU-da  “Baytarlıq” ixtisasının daha da genişləndirilməsi, modern inkişafı məsələləri, Qars Qafqaz Universitetindən Lənkəran Dövlət Universitetinə  əlavə  kadrların gətirilməsi, gələcəkdə universitetin nəzdində “Baytarlıq klinikası”nın  yaradılması  və s. məsələlər müzakirə edilib. 

Görüşdən sonra  “Aqrar və mühəndislik fakültəsi”ndə “Baytarlıq” və “Baytarlıq təbabəti” ixtisaslarının tələbələrinə “İnəklərdə ultrasəslə reproduktivliyin təyini” mövzusunda təlim  keçirilib və iştirakçılara  mövzu ilə bağlı  ətraflı məlumat verilib. Eyni zamanda  LDU-da  baytarlıq ixtisasını tədris edən müəllimlərə tövsiyələr verilib, Qars Qafqaz Universitetinin bu sahədəki təcrübəsindən ətraflı danışılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təlim zamanı tələbələr Professor Cihan Kaçarın iştirakı ilə təcrübi olaraq   inək üzərində ultrasəs müayinəsi  aparıblar.

Sonda  təlimdə iştirak edən tələbələrə  sertifikatlar təqdim edilib.

Xəbər lenti