“Universitetin bufetindəki qiymətləri ətrafdakı qiymətlərlə, eləcə də digər universitetlərdəki qiymətlərlə müqayisə edə bilərsiz. Əmin olun ki, burada heç bir qidanın qiyməti kənardan fərqlənmir”.
Bu sözlər Baku TV-yə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev deyib.
Rektor bildirib ki, bufetdə müxtəlif çeşiddə yeməklər, qəlyanaltılar təqdim edilir:
“Burdakı qidalar tələbələrin seçimlərindən asılıdır. Biz düşünürük ki, seçim olan yerdə artıq müxtəlif ərzaqları almaq mümkündür. Əsas da keyfiyyət baxımından bizim çox ciddi tələblərimiz var. Burada heç bir problem görmürük”.