Logo

Aqrar Universitetdə növbəti seminar keçirilib

24.11.2021 16:53 53 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə başlanıb.

Bu proqram çərçivəsində ilk seminar Aqrar Universitetin yeni tədris binasında prof. dr. Fazilet Alayuntun “COVİD-19 özelinde iş sağlığı ve güvenliği” mövzusunda təşkil olunub.

Seminarda Aqromühəndislik, Torpaqşünaslıq və aqrokimya və Zoomühəndislik fakültələrinin professor-müəllim heyəti və magistr tələbələri iştirak ediblər.

Xəbər lenti