Logo

ECAR layihəsi çərçivəsində Fransa Rektorlar Konfransı təcrübəsi öyrənilir

24.11.2021 17:06 379 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə 2-ci komponentin icrasına başlanılıb.

2-ci komponent Avropa Rektorlar Konfrası təcrübəsinin öyrənilməsinə həsr edilib və bu məqsədlə universitet nümayəndələrindən ibarət  30 nəfərlik koordinasiya komitəsi yaradılıb.

İlk olaraq Fransa Rektorlar Konfransı təcrübəsinin öyrənilməsi üçün təlimlərə başlanılıb.

Təlimlərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov iştirak edir.

22-26 noyabr tarixlərində təşkil edilən təlimlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə həyata keçirilir.

Təlimlərdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdalığı haqqında iştirakçılara ətraflı məlumatın verilməsi planlaşdırılır.

Səfərin sonunda təlim iştirakçılarının CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfəri nəzərdə tutulur.

Xatırladaq ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti