Logo

AzTU İstanbul Universiteti ilə əməkdaşlığa başladı

24.11.2021 17:35 69 baxış
IMG

Türkiyənin İstanbul Universitetinin rektoru Mahmud Ak Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində AzTU ilə İstanbul Universiteti arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, İstanbul Universitetinin rektoru Mahmut Ak və hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib. Görüş zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri və imzalanacaq protokolun nəticələri barədə fikir mübadiləsi aparılıb. Daha sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokola əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat işlərinin həyata keçirilməsi, akademik və elmi sahələrdə tədrisdənkənar fəaliyyətlərin təşkili istiqamətində əməkdaşlıq edəcək.

İmzalanma mərasiminin sonunda Mahmud Ak dəvətə görə Vilayət Vəliyevə təşəkkür edib.

Xəbər lenti