26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək.
Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın ikinci günü “Ali təhsildə yeni trendlər” adlı üçüncü paneldə ARTİ-nin ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov “Distant təhsilin təşkili: uğurlar və perspektivlər”, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva “Müasir təhsilimiz və ömürboyu təhsil konsepsiyası”, Təh sildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova “ATM-də innovasiya fəaliyyətlərinin təşkili”, Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi Qurban Qurbanlı “Distant təhsilə sistemli yanaşma: nəzəriyyədən təcrübəyə”, Naxçıvan Dövlət Universitetinin şöbə müdiri Hüseyn Əsgərli “Müasir ATM-də elektron təhsil şəbəkəsindən istifadənin metod və üsulları”, Naxçıvan Dövlət Universitetinin dosenti Zərövşən Babayeva “Layihə əsaslı STEAM təhsilinə inteqrasiyanın aktual məsələləri” mövzusunda məruzə edəcəklər.