Logo

BMU ilə Sapienza Universiteti arasında əməkdaşlıq müzakirə olunub

24.11.2021 17:45 498 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində olub. Bir həftəlik mübadilə proqramında iştirak edən M.Əzizov adıçəkilən universitetin Beynəlxalq əlaqələr ofisinin əməkdaşları ilə görüşüb, həmçinin ali təhsil ocağının kitabxanası ilə yaxından tanış olub.

Aparılan müzakirələr zamanı Sapienza Universitetinin Sosial və iqtisadi elmlər bölməsinin professoru Marko A.Marini, həmçinin professor-müəllim heyəti ilə birgə elmi məqalələrin yazılması, tədqiqat əməkdaşlığı və şəbəkəsinin qurulması, elmi seminarların, konfransların keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, professorun 24 dekabr 2021-ci il tarixində BMU-da keçiriləcək “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfransda əsas məruzəçi kimi iştirakı müzakirə edilib.

Bununla yanaşı, BMU və Roma Sapienza Universiteti arasında iqtisadiyyat üzrə bakalavr və magistr proqramları və bu proqramlar arasında əlaqələrin inkişafı, həmçinin mikroiqtisadiyyatın necə öyrədiləcəyi istiqamətində də diskusiyalar aparılıb.

Xəbər lenti