Logo

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının baş tutmasına sayılı günlər qalıb

24.11.2021 18:27 87 baxış
IMG

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

 

Konfransın gündəliyində “Distant təhsil və pedaqogika” təlimi yer alacaq. Qeyd olunan təlim ADA Universitetinin baş müəllimləri Ülviyyə Mikayılova və Samirə Hacıyevə tərəfindən keçiriləcək. Təlimçilər iştirakçılara distant təhsilin tədrisi strategiyaları, distant təhsil ilə ənənəvi təhsil arasında mövcud olan fərqli yanaşmalar, distant təhsildə fənnin dizaynı və tədrisi metodları mövzularında interaktiv şəkildə təlim keçəcəklər.

Bu təlim ali və orta-ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən və distant təhsil təcrübəsi olan pedaqoji heyət üçün nəzərdə tutulub. Yerlər məhdud olduğu üçün tələblərə uyğun və qısa zaman ərzində qeydiyyatdan keçmiş namizədlər təlimdə iştirak hüququ qazanacaq.

Tarix: 29 noyabr
Saat: 16:30-18:30
Məkan: Onlayn (Zoom platforması)

Təlimdə iştirak etmək üçün aşağıdakı keçiddən 25 noyabr tarixinədək  qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.office.com/r/vq3i3zdnj0

Xatırladaq ki, “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransının əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyən etməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin, tələbələr və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.      

Konfransın digər sessiyalarında iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:     

https://forms.office.com/r/GhdeCfPBYa      

Qeydiyyat üçün son tarix 25 noyabr tarixidir. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.   

Xəbər lenti