Logo

Bakıda orta məktəbdə müəllimlər xəstə halda işə çıxmağa məcbur edilirlər? - İDDİA

24.11.2021 19:17 1705 baxış
IMG

Xətai rayonu 257 nömrəli tam orta məktəbdə müəllimlər xəstə halda işə gəlir.

Tehsil.biz xəbər verir ki, bu barədə Oxu.Az-a uşağı sözügedən məktəbdə təhsil alan valideynlərdən şikayət daxil olub.

Valideynlər iddia edir ki, müəllimlərin çoxu xəstə halda işə gəlir:

“Artıq neçə gündür uşaqlar xəstələnib, dərsə gedə bilmirlər. Amma məktəb rəhbərliyi məcbur edir ki, şagirdlər də, müəllimlər də xəstə olsalar belə, işə çıxsınlar. Siniflərdə uşaqların davamiyyəti çox zəifdir. Xəstəlik uşaqlardan bir-birilərinə keçir ki, bu da ümumilikdə yoluxmanın artmasına səbəb olur. Məktəb rəhbərliyi isə həm müəllimləri, həm də şagirdləri məcbur edir ki, dərsə gəlsinlər”.

Valideynlər hazırkı vəziyyətin böyük narahatlıq yaratdığını vurğulayıblar və bildiriblər ki, tezliklə hansısa tədbir görülməsə, epidemioloji vəziyyət nəzarətdən çıxa bilər.

Xəbər lenti