Logo

Azərbaycanda direktor müəllimənin qayınanasını döydü – VİDEO

24.11.2021 20:10 2173 baxış
IMG

Şamaxıda müəllimənin qayınanası ilə direktor arasında qarşıdurma dava ilə nəticələnib.

AMİA.AZ xəbər verir ki, Texniki-Humanitar və Təbiət Fənləri Təmayüllü internat tipli Liseydə baş verib. Nəticədə bir tərəf xəstəxanaya yerləşdirilib, digər tərəf isə döydünü yox, döyüldüyünü iddia edir.

Şamaxı sakini Rəfiqə Hacıyevanın iddiasına görə, Liseyin direktoru Günel Əsgərova onu döyüb.

Redaksiyamıza müraciət edən şikayətçi Rəfiqə Hacıyevanın bildirdiyinə görə, sözü gedən Liseyin direktoru onun həmin məktəbdə müəllim işləyən gəlinindən rüşvət tələb edib. Aygün Hacıyevanın işində çətinlik yarandığı üçün qayınanası direktorla görüşüb, məsələni aydınlaşdırmaq istəyib. Elə dava da bundan sonra düşüb.

Məsələ ilə bağlı Şamaxı rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Qrumdan bildirildi ki, sözü gedən Lisey Təhsil Nazirliyinin tabeliyindədir.

Qeyd edək ki, Rəfiqə Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

https://bax.tv/hadise/direktor-muellimenin-qayinanasini-doydu-147702

Xəbər lenti