Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov ali təhsil müəssisəsini “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışmasında təmsil edən, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə bilik müsabiqəsinin institutdaxili seçmə mərhələsində qalib olan tələbələrlə görüşüb.
Bu barədə "Tehsil.biz"ə Aİİ-dən məlumat verilib.
Bildirilib ki, iştirakçılara diplom və sertifikatlar təqdim olunub.