Logo

ADAU-da doktorant və dissertantlarla görüş keçirilib

25.11.2021 13:36 394 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəlsəfə doktorluğu proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ADAU-da təhsil alan və tədqiqat aparan doktorantların problemləri müzakirə olunub və müxtəlif yeniliklər, o cümlədən perspektiv inkişafla bağlı müzakirələr aparılıb. ADAU-nun fəlsəfə doktorluğu üzrə yeni təsdiq olunmuş attestasiya qaydaları və eləcə də Ali Attestasiya Komissiyasının tələblərinə dair geniş müzakirələr aparılıb.

Tədqiqat işlərinin obyektlərinin müəyyənləşdirilməsi, tədqiqat nəticələrinin inkişaf etdirilməsi və elmi-texniki bazalarda (Web of Science, Springer, Scopus və s.) məqalələrin nəşri ilə bağlı fikirlər səsləndirilib.

Xəbər lenti