Logo

ADNSU-da QİÇS-lə bağlı maarifləndirici tədbir keçirilib

25.11.2021 15:00 673 baxış
IMG

Noyabrın 25-də Avropa İİV-ə müayinə həftəsi çərçivəsində Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İştirak et və İİV statusunu öyrən” adlı maarifləndirici tədbir keçirilib.

Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb və tədbirin əhəmiyyətindən danışıb.

Respublika QİÇS mərkəzinin həkimi Yeganə Zeynalova İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş təqdimatla çıxış edib. Y.Zeynalova insan sağlamlığına fövqəladə təhlükə hesab olunan İmmunçatışmazlığı Virusunun Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə geniş məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

Qeyd edək ki, "Avropa İİV-ə testləşmə həftəsi" kampaniyası çərçivəsində ölkənin bir neçə şəhər və qəsəbələrində geniş əhali kütləsi üçün İİV-lə bağlı müayinələr və maarifləndirici tədbirlər aparılır və  aksiyalar zamanı pulsuz və anonim qaydada İİV-ə ekspress-testlər keçirilir.

Xəbər lenti