Logo

ADU-da "Zəfər günü" ilə bağlı inşa müsabiqəsi keçirilib

25.11.2021 15:05 403 baxış
IMG

Azərbaycan Dillər Universitetinin  (ADU) Təhsil-2 fakültəsi  I kurs tələbələri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Zəfər günü" ilə bağlı müvafiq tədbirlər planı əsasında "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu" mövzusunda inşa-yazı müsabiqəsi keçirib. 44 günlük Vətən müharibəsi ərzində müharibənin dəhşətlərini yaşayan ordumuzun igidlərinin rəşadətli döyuş yoluna həsr olunan müsabiqədə inşa yazıların həcmi 800 sözdən ibarət olub. 

29 oktyabr – 23 noyabr ərzində keçirilən müsabiqədə qaliblər müsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında seçilib. Universitetin Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyevanın  sədri olduğu münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları (düzgün strukturun gözlənilməsi, fikrin faktlarla əsaslandırılması, plaqiyat məsələlərinin izahı və s.) nəzərə alaraq qiymətləndirib.

Müsabiqə 24 noyabr tarixində yekunlaşıb, qaliblər universitetin üç dekanın  I II III dərəcəli fəxri diplomuna layiq görülüblər.

Diplomların təqdimatı zamanı təşkil olunan tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, münsiflər heyətinin üzvləri, fakültə nəzdində olan kafedraların müdirləri və tələbələr iştirak ediblər. 
Rektorun məsləhətçisi Anar Osmanlı çıxış edərək müsabiqənin ilk dəfə Təhsil- 2 fakültəsində keçirilməsini yüksək qiymətləndirdiyini bildirib,  müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayıb. Digər iştirakçılar- professor Məsməxanım Qazıyeva, dosent Mehriban Hüseynova, dosent Aytən Bayramova və başqaları da Anar Osmanlının çıxışı ilə həmrəy olduqlarını qeyd ediblər.

Sonda diplomlar tələbələrə təqdim olunub.

Xəbər lenti