Logo

BDU-nun tələbəsi Avropa çempionu olub

25.11.2021 16:44 780 baxış
IMG

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin II kurs tələbəsi İlkin Qənbərli 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının qalibi olub.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında 55 kq çəki dərəcəsində yarışan İlkin Qənbərli ilk yarış günündə erməni rəqibini məğlub edib. İkinci turda özbəkistanlı rəqibini məğlub edən “TERMİNATOR” ləqəbli güləşçimiz İlkin Qənbərli üçüncü tura inamla başlayaraq rusiyalı rəqibinə qalib gəlib, adını yarımfinala yazdırıb. Yarımfinal görüşündə güləşən İlkin ukraynalı güləşçiyə (9:3) hesabı ilə qalib gələrək finala yüksəlib. Final mərhələsində fransalı rəqibini böyük hesabla (10:2) məğlub edərək 23 yaşadək Avropa çempionatının qalibi olub.

Xəbər lenti