Logo

Bakı məktəblərində psixoloqların sayı artırılacaq

25.11.2021 16:51 460 baxış
IMG

"Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq, çünki bu sahədə boşluqlar var".

Tehsil.biz Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır: "Mütəmadi olaraq bu istiqamətdə konfrans və seminarlar təşkil olunur. Risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var".

Xəbər lenti