Logo

“Bank Respublika” ASC-nin AzTU tələbələri üçün təlimləri davam edir

25.11.2021 17:49 570 baxış
IMG

“Bank Respublika” ASC-nin əməkdaşlarının Azərbaycan Texniki Universitetinin  (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təlimləri davam edir.

Növbəti təlimlər “Bank Respublika” ASC-nin Pərakəndə Satışlar Departamentinin Satışlara Dəstək Şöbəsinin meneceri Alidə Əliyeva və  Koorporativ Satışlar Departamentinin direktor müavini Cavid Sultanov tərəfindən aparılıb.

Təlimdə pərakəndə və koorporativ bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatlar verilib, həmçinin mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti