Logo

Oğurlanan məktəbli danışdı - VİDEO

25.11.2021 19:29 445 baxış
IMG

Bakıda naməlum şəxsin beşinci sinif şagirdini maşınına mindirərək oğurlamaq istəməsi haqqında xəbər vermişdik.

Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu 188 saylı orta məktəbin önündə baş verənləri öyrənmək üçün həmin əraziyə üz tutub.

Dərin stress yaşamış məktəbli başına gələnləri Baku TV-nin mikrofona danışıb.

O bildirib ki məktəbdən çıxarkən böyük qardaşı balaca bacısını götürmək üçün ondan ayrılıb. Elə bu vaxt papaqlı bir nəfər ona yaxınlaşıb:

"Məni qəfildən maşına itələdi. Ondan sonra mənə bıçaqla hədə-qorxu gəldi. Dedi ki, sakitcə maşında otur, kim soruşsa, mənim qızımsan".

Daha ətraflı Baku TV-nin süjetində.

Xəbər lenti