Logo

BDU-da Kəlbəcər rayonunun azad olunması münasibətilə tədbir keçirilib

25.11.2021 21:11 697 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Kəlbəcər rayonunun azad olunması münasibətilə tədbir keçirilib.

Kimya fakültəsi TGT sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə istər döyüş meydanında, istərsə də siyasi müstəvidə xalqımızın qazandığı möhtəşəm qələbədən bəhs edib, müzəffər ordumuzun yenilməzliyini vurğulayıb. Tədbirdə həmçinin Kimya fakültəsinin 1-ci kurs tələbəsi Mehriban Ağabəyli Kəlbəcərin tarixən Azərbaycan torpağı olmasından, zəngin sərvətlərindən və mənfur qonşularımızın milli-mədəni sərvətlərimizə vurduğu zərərdən danışıb.

Tədbirdə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyəti üzvü Yusifov Yusifin hazırladığı videoçarx təqdim olunub.

Xəbər lenti