Logo

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

25.11.2021 23:02 399 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai şurasının növbəti iclası keçirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev universitetin 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə şura üzvlərinə məlumat verib.

Bildirib ki, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.

İctimai şura üzvləri inkişaf strategiyası ilə bağlı AzTU-nun hədəf və məqsədlərini yüksək qiymətləndirib, görüləcək işlərlə bağlı tövsiyələrini verib.

Xəbər lenti