Logo

ADPU-da olunmuş "Könüllülük və fərdi inkişaf" adlı təlim keçirilib

26.11.2021 10:16 446 baxış
IMG

Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Elm və Təhsil klubu və SABAH qruplarının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş "Könüllülük və fərdi inkişaf" adlı təlim keçirilib. 

Tələbələri ictimai fəaliyyətə yönəltmək, onların potensiallarından səmərəli formada istifadə etməyə imkan yaratmaq məqsədilə həyata keçirilən təlimdə ATGTİ-nin sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirovun açılış nitqi ilə çıxış edib.

Təlimçi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sabiq sədri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin işçi qüvvəsi üzrə baş koordinatoru Tural Hümbətov könüllülüyün mahiyyəti, könüllü təşkilatların səmərəli fəaliyyət istiqamətləri, könüllü kimi fəaliyyət göstərməyin müsbət cəhətləri və ölkəmizdə könüllülük prosesinin təşviqi barəsində geniş məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti