Logo

Filippin Respublikasının Azərbaycandakı səfiri BDU-da olub

26.11.2021 10:51 95 baxış
IMG

Bu gün Filippin Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Elena Palo Alqabre Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqları salamlayan Universitetin rektoru Elçin Babayev Azərbaycan və Filippin Respublikaları arasındakı mövcud ikitərəfli əlaqələrdən bəhs edib. Rektor BDU ilə Filippin ali məktəbləri arasında ikitərəfli əlaqələrin önəmini diqqətinə çatdırıb, Filippin Universiteti, Ataneo Manila Universiteti, Santo Tomas Universiteti və digər ali məktəblər ilə hüquq, iqtisadiyyat, mühəndislik, internet texnologiyaları və digər istiqamətlər üzrə əməkdaşlıq əlaqələri və görülə biləcək işlər barəsində məlumat verib.

BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Maria Elena Palo Alqabre qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Filippin ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüşdə tələbə-müəllim mübadiləsi, Filippində fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, BDU ilə Filippin universitetləri arasında müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, ikili diplomların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Xəbər lenti