Logo

ADU-nun müəllim-tələbə heyəti Beynəlxalq Forumda iştirak ediblər

26.11.2021 11:12 453 baxış
IMG

24-26 noyabrda Bakıda Mədəniyyət Nazirliyinin dəstəyi ilə ”Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Beynəlxalq Forum keçirilib. 

Forumda Təhsil-2 fakültəsinin müəllim və tələbələri iştirak ediblər. 
Noyabrın 24-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın təqdimatı keçirilib. Kitaba ön sözü  Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova yazıb. 

Təqdimat zamanı professor Gülnarə Sadıxova və Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü öncə  Nizami irsinin özəlliklərindən danışıblar, daha sonra təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər.

Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak isə çıxışında Nizami yaradıcılığından və  əsərlərindəki  ümumbəşəri ideyalardan bəhs edib.

Xəbər lenti