Logo

"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" mövzusunda əyani təlimlər davam edir

26.11.2021 12:14 302 baxış
IMG

Bakı, Sumqayıt şəhərləri, Abşeron, Şamaxı, Sabirabad, Qobustan, Zərdab və Oğuz rayonlarında əyani şəkildə “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda təlimlərə start verilib.

Tehsil.biz xəbər verir ki, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır. Ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorlarının iştirak etdiyi təlimlər çərçivəsində iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşəyönümü işinin prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və s. kimi mövzularda öz bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, təlimlər ölkə üzrə hibrid formada - əyani və distant şəkildə həyata keçirilir və eyni zamanda, seçilmiş təlimçilər tərəfindən tədris ili ərzində koordinatorlara davamlı olaraq metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.

Xəbər lenti