Logo

Şəhidlərin şəkilləri vurulan lövhələrin qoyulduğu məktəb qapısı niyə bağlanıb? - AÇIQLAMA

26.11.2021 13:09 975 baxış
IMG

Paytaxtın Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbin əsas giriş qapısı bağlanıb, əvəzində isə arxadan qapı açılıb.

Bu barədə "Tehsil.biz"in redaksiyasına valideynlər məlumat veriblər.

Onların sözlərinə görə, məktəbin əsas giriş qapısında Şəhidlərin şəkillərinin olduğu lövhə və Milli Qəhrəmanın büstü var, lakin şagirdlər onları görmədən arxa qapıdan giriş-çıxış edirlər.

Mövzu ilə bağlı 71 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə verilən məlumata əsasən təhsil müəssisəsində yeni tədris korpusu tikildikdən sonra hər iki binaya giriş yeni korpusdan təmin olunur və bu, köhnə girişdəki sıxlığın aradan qaldırılması, şagirdlərin rahatlığı və tədrisin təşkili baxımından daha əlverişlidir.

Həmçinin bildirilib ki, Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq əvvəlki giriş qapısının yaxınlığında yaradılmış abidə və büst daim şagirdlər tərəfindən ziyarət olunur, məktəbin bütün uyğun tədbirləri həmin hissədə təşkil edilir.

Xəbər lenti