Logo

BDU-da tələbələrin ifasında "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub - Fotolar

26.11.2021 13:17 584 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında  "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub.

Tamaşa başlamazdan əvvəl mərkəzin rəsm dərnəyinin üzvü olan tələbələrin hazırladığı, 44 günlük Vətən müharibəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Sonra BDU-nun Akt zalında tamaşanın quruluşçu rejissoru, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Oruc çıxış edərək belə bir tamaşanın ali məktəblər arasında ilk dəfə BDU-da səhnələşdirildiyini deyib, aktyorların BDU-nun yaradıcı tələbələri olduğuna qeyd edib.

Daha sonra "Qarabağ Azərbaycandır" tamaşası göstərilib. Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb.

Tamaşa anşlaqla qarşılanıb.

Qeyd edək ki, BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur.

Xəbər lenti