Logo

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

26.11.2021 13:42 414 baxış
IMG

2021-ci il noyabrın 26-da DİM Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.

Tehsil.biz xəbər verir ki, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil edilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 98 nəfərdən 3 nəfər imtahana gəlməyib. 55  və dаhа çох bаl tоplаmış 46 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

İmtahanda müvəffəqiyyət əldə edənlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti