Logo

Azərbaycanlı diktor dünyasını dəyişdi

26.11.2021 14:10 486 baxış
IMG

Azərbaycanlı diktor Lyudmila Nəzərli vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Xalq artisti Əli Məhəmmədoğlu feysbukda məlumat verib.

Daha əvvəl koronavirusa yoluxmuş L. Nəzərli reanimasiyaya yerləşdirilmiş, onun vəziyyəti ağır qiymnətləndirilirdi.

L. Nəzərli təqaüdə çıxdıqdan sonra CBC telekanalında gənc nəslin diksiyası üzərində çalışırdı. O, 2020-ci ilin iyulunda “Tərəqqi” medalına layiq görülmüşdü. (Qafqazinfo)

Xəbər lenti