Logo

Qərbi Kaspi Universitetində Beynəlxalq Fəlsəfə Gününə həsr olunan seminar keçiriləcək

26.11.2021 14:25 626 baxış
IMG

İki hissədə keçiriləcək seminarın birinci hissəsində müxtəlif fəlsəfi mövzular üzrə gənclərin çıxışları dinləniləcək, tədbirin ikinci hissəsində isə iştirakçılar tərəfindən seçilən mövzu ətrafında açıq müzakirə baş tutacaq. 

Fəlsəfəyə marağı olan hər kəs seminarda iştirak edə bilər.

Seminar oktyabr ayının 27-də saat 12:00-da Qərbi Kaspi Universitetinin Əhməd Rəcəbli, 3-cü paralel, 21A ünvanında yerləşən tədris binasında, 501 nömrəli auditoriyada baş tutacaq. 

Qeyd edək ki, Beynəlxalq Fəlsəfə Günü YUNESKO-nun qəbul etdiyi qərar əsasında 2005-ci ildən etibarən noyabr ayının 3-cü həftəsinin 4-cü günü dünyanın 70 ölkəsində qeyd olunmaqdadır.

Xəbər lenti