Logo

“Saz-söz ustadı” adlı ədəbi-bədii gecələr keçirilib

26.11.2021 16:38 451 baxış
IMG

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Təhsil Nazirliyi 1 və 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərində “Saz-söz ustadı” adlı ədəbi-bədii gecələr  keçirilib.

Tədbirlərdə Aşıq Ələsgərin nəticələri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Füzuli Ələsgərli, Şamama Ələsgərli və digər qonaqlar iştirak edib.

Ədəbi-bədii gecələrdə mərkəzlərin istedadlı və fəal uşaqlarının, eləcə də ümumtəhsil məktəblərində və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində fəaliyyət göstərən dərnəklərin üzvlərinin ifasında şeir kompozisiyaları, musiqi nömrələri və kiçik səhnəciklər təqdim olunub, Aşıq Ələsgərin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub. 

Xəbər lenti