Logo

ASAPES magistrantları “Qarabağ” – “Omoniya” futbol oyununda iştirak ediblər

26.11.2021 17:33 690 baxış
IMG

Noyabrın 25-də High Park Communications” şirkətinin təsisçisi və direktoru, strategiya, rəqəmsal və media idarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru olmuş Kolin Qibson və “İdman jurnalistikası” magistrantları UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Omonia" futbol oyununda akkreditasiya olunmuş media nümayəndəsi qismində iştirak ediblər.

Tələbələr Azərbaycan Televiziyasının Tofiq Bəhramov adına Respublika Stadionunda qurulmuş STS - səyyar televiziya stansiyasına da baş çəkib, iş prinsipi ilə tanış olublar, eyni zamanda CBC Sport telekanalının əməkdaşları ilə də söhbətlər aparıblar.

Tələbələrin əldə etdikləri biliklərin təcrübə edilməsi üçün Kolin “Qarabağ” - “Omonia” oyununun çox gözəl şans olduğunu qeyd edib. Magistrantlar "Onlayn yazı bacarıqları" modulu çərçivəsində oyundan reportaj hazırlayıblar.

Xəbər lenti