Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib

26.11.2021 18:18 264 baxış
IMG

26 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Gündəlik məsələlər hər iki fənn üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirələr nəticəsində coğrafiya fənni üzrə imtahan modelində tətbiq yönümlü, məntiqi düşünməyə əsaslanan xəritə, cədvəl, sxem, qrafik formalı tapşırıqlara üstünlük verilib. Situasiya tapşırıqlarının məzmununa xüsusi diqqət yetirilib.

Riyaziyyat fənni üzrə cavabları kodlaşdırıla bilən və cavabları yazı ilə ifadə olunan tapşırıqların müzakirəsi zamanı tapşırıqların şərti ilə bağlı qeyd edilən fikir və təkliflər nəzərə alınıb.

Beləliklə, hər iki fənn üzrə imtahan modellərinin müzakirəsi başa çatıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

İşçi qruplarının növbəti iclasları 3 dekabr 2021-ci il tarixində olacaqdır.

Xəbər lenti