Logo

AzTU-dan yaşıl addım layihəsi

26.11.2021 19:15 525 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) bakalvriat və magistratura səviyyəsində elektron tədris sisteminin tətbiqi ilə bağlı layihə hazırlanıb. Layihənin məqsədi universitedə kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə, ekoloji balansın saxlanılmasına və eyni zamanda elektron universitetiin inkişafına nail olmaqdır.

Layihə çərçivəsində tələbələrdən yazılı formada tələb olunan sənədlərin (kurs işi, sərbəst iş vs. kimi) şəxsi kabinetlərində elektron təqdim olunmasına şərait yaradılacaq. AzTU tələbələri layihə ilə bağlı ətraflı məlumatı təhsil aldıqları fakültənin rəhbərliyi və əməkdaşlarından əldə edə bilərlər.

Xəbər lenti