Danimarka Səhiyyə Təşkilatı 5-11 yaş arası uşaqların peyvənd olunmasına başlamağı tövsiyə edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Danimarka radiosu məlumat yayıb.
"Danimarka əhalisinin əksəriyyətinin artıq peyvənd edilməsinə nail olmağımıza baxmayaraq, bu, pandemiyanın dayandırılması üçün kifayət deyil. Buna görə də 5-11 yaş arası uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq", - səhiyyə rəsmisi bildirib.
Mütəxəssislərin fikrincə, virus çox vaxt uşaqlardan valideynlərə və yaşlı nəslə keçir, buna görə də uşaqlarda immunitet formalaşdırmaq lazımdır. Bundan əlavə, uşaqlar, xüsusən də məktəblilər daha tez-tez və şiddətli şəkildə xəstələnməyə meyllidir.