Logo

ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edir

26.11.2021 20:19 116 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə start verilib.

Bu proqram çərçivəsində növbəti seminar 26 noyabr tarixində ADAU-nun yeni tədris binasında Prof. Dr. Jale Yanık tərəfindən “Toprak iyileştirici olarak biochar” mövzusunda təşkil olunub.

Təşkil olunmuş seminarda ADAU-nun Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti və magistr tələbələri iştirak ediblər.

Xəbər lenti