Logo

Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb

26.11.2021 21:10 624 baxış
IMG

Rusiyada bir qrup alim COVID-19 infeksiyasına qarşı dərman preparatının yaradılması üçün test sistemi hazırlayıb.

Tehsil.biz-in məlumatına görə, yeni sistem koronavirusun çoxalması üçün lazım olan fermentin fəallığının qarşısını alan kimyəvi maddələrin səmərəliliyini 10-15 dəqiqə ərzində qiymətləndirir.

Qeyd olunur ki, bu test sistemi koronavirusa qarşı dərmanın hazırlanmasına yola açacaq.

Sistem Rusiya Elmlər Akademiyasının Kimyəvi biologiya İnstitutunun, Bioüzvi kimya İnstitutunun, Federal immun-bioloji preparatların tədqiqatı və hazırlanması elmi mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. (Trend)

Xəbər lenti