Logo

Misir Mərdanovun həyat yolundan bəhs edən “Müdrikliyin zirvəsində” kitabı nəşr olunub

27.11.2021 14:07 457 baxış
IMG

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitablardan biri də “Müdrikliyin zirvəsində”dir.

Tehsil.biz xəbər verir ki, kitab Azərbaycan təhsilinin fədailərindən biri, görkəmli alim və səmimi insan, AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi Misir Mərdanovun parlaq və rəngarəng həyat yolundan bəhs edir.

Burada Azərbaycanın bu böyük ziyalısının təhsilimiz, məktəbimiz, müəllimimizlə bağlı gördüyü nəhəng işlərdən söhbət açılır, valideynləri, ailə üzvləri haqqında məlumatlar verilir.

Kitabda oxucular Misir Mərdanovun həyat və fəaliyyəti, riyaziyyat elminin inkişafındakı xidmətləri, yaxın qohumları haqqında publisistik yazılar, fotoşəkillər, müsahibələr, alimin hikmətli fikirləri və digər maraqlı məlumatlarla da tanış ola bilərlər.

Xəbər lenti