Logo

Yevlaxda şagirdlərlə görüş keçirilib

27.11.2021 15:03 568 baxış
IMG

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun 1 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın  insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onlarn əhatəsində olan insanların da ciddi zərər gördüyünü  qeyd edən rəis bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti