Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə davam edir

27.11.2021 17:45 500 baxış
IMG

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 66 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:40-dək olan məlumata görə, müsahibədə 20 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə noyabrın 29-dək davam edəcək.

Xəbər lenti