Logo

AzTU-nun tələbəsi, Vətən müharibəsi şəhidi Tural Xudiyevin doğum günüdür

27.11.2021 21:39 540 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tural Xudiyev 1998-ci ildə anadan olub. 

Tehsil.biz xəbər verir ki, o, 2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun "Nəqliyyat və logistika" fakültəsinə qəbul olunub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. 

Hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsi başlayıb və Tural Xudiyev könüllü olaraq müharibədə iştirak edib. 

Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.

Allah rəhmət eləsin!

Xəbər lenti