Logo

Deputat Təhsil Nazirliyi yanında İctimai Şuraya namizəd GÖSTƏRİLDİ

27.11.2021 22:37 466 baxış
IMG

Noyabrın 26-da Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçirilib.

Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai şuranın keçmiş sədri Şahlar Əsgərov Modern.az-a danışarkən yeni şuraya seçkiləri dəyərləndirib:

"İlk növbədə seçilənləri təbrik edirəm. İctimai şuarada seçilənlərin çoxunu tanımıram, ancaq gözləntlilərimin doğruldulmasını istəyirəm. Tək gözləntim isə təhsilin inkişaf etdirilməsidir, gənclərin buna ehtiyacı var. Təhsil mürəkkəb sahələrdən biridir. Bu sahədə tək bir hərəkət var, o da fırlanma hərəkətidir. Keçən il olan proses bu il də var, nəsə əlavə olunmur və ya çıxarılmır. Təhsil fırlanma hərəkətində olduğu üçün təhsili bilən, əsrin fəlsəfəsindən başı çıxan adam rəhbər seçilməlidir".

Ş. Əsgərov şuraya Etibar Əliyevin rəhbər seçilməsini istədiyini söyləyib:

"Seçilənlərin hamsını yaxından tanımıram, ancaq tanıdıqlarım arasında biri var ki, çox istərdim rəhbər o seçilsin. Həmin şəxs Etibar Əliyevdir. Onun təhsillə bağlı kitablarına, səhv məlumatlar üçün səsləndirdiyi tənqindlərə nəzər saldıqda məhz onun rəhbər seçilməyini çox istərdim. Tənqidi düşüncə sahibidir və indiki dövrdə çox ehtiyac var tənqidi düşüncəyə".

Xəbər lenti