Logo

Alimlər sındırılması mümkün olmayan şüşə hazırlayıblar

28.11.2021 13:12 297 baxış
IMG

Britaniyalı alimlər sındırılmağa çalışılanda belə öz formasını saxlayan şüşənin imitasiyasını yaratmağa müvəffəq olublar.

Bildirilir ki, şüşə özü 80% sudan ibarət yumşaq geldir. Eyni zamanda, onun xassələri unikaldır, çünki o, hətta deformasiyaya uğramadan bir avtomobilin bir neçə toqquşmasına tab gətirə bilir.

Müəlliflər bəyan edirlər ki, yeni material robototexnika, eləcə də protezlərin və bütün növ cihazların istehsalında istifadə edilə bilər.

Hidrojellər daha əvvəl yaradılmışdı, lakin deformasiya zamanı onları ilkin formasına qaytarmaq olmur. Hazırlanmış yenilik həm davamlıdır, həm də eyni zamanda asanlıqla deformasiya olunur.

Mənbə: Nature Materials

Xəbər lenti