Logo

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri elan edilib

28.11.2021 20:09 628 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il noyabrın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

İmtahan saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanda namizədə seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.

İmtahan nəticələri saat 19:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 322 namizəd qeydiyyatdan keçib. Onlardan 4 namizəd imtahana gəlməyib. 9 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Xəbər lenti